Zəlimxan Məmmədli: “Gürcüstanda gedən proseslər Azərbaycana təsirsiz ötüşməyəcək”

Bu ilin oktyabrında Gürcüstanda prezident seçkiləri keçiriləcək. Hazırkı Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin iddiaçı olmayacağı dəqiqləşib.

Marqvelaşvilinin özü namizəd olmayacağını bəyan edib. Ölkəyə girişi yasaqlanan Saakaşvili isə Gürcüstana gələcəyi təqdirdə baş nazir olacağını elan edib. Hazırda seçkilərin iki əsas namizədi var. Bunlar müxalifət düşərgəsindən olan David Bakradze və Qriqor Vaşadzedir.

Gürcüstan hakimiyyəti uğrunda Rusiya-Amerika qarşıdurmasının bu dəfə də yaşanacağı istisna deyil.

“Borçalı” Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Gürcüstan təkcə Cənubi Qafqaz üçün deyil, postsovet məkanında da bir örnəkdir: “Gürcüstan demokratiyanın  üstün bir dəyər olduğunu təsdiqlədi. Bunun üçün Rusiya tərəfindən ərazi bütövlüyünə belə təcavüz oldu. Gürcüstana demokratiya bəxş edən Saakaşvili siyasətdən uzaqlaşmayıb və hazırda fəaliyyətini davam etdirir. Bu seçkilərdə də onun adı öndə çəkiləcək. Bidzina İvanişvili onun oyunlarını oynaya bilmədi. Sadəcə, Rusiyanın əli ilə Saakaşvili hakimiyyətdən getdi. Hazırda Gürcüstanda ölü bir iqtidar var. Bu hakimiyyət ömrünü baş vurub. Saakaşvilinin geri dönüşünə artıq ictimai tələbat var. Gürcü əhalisi də onun ölkəyə qayıdışını istəyir. Məlum platformanın bu seçkilərdə qalib gəlmə imkanları kifayət qədər yüksəkdir. ”Güc birlikdədir" koalisiyasının namizədi, aydın mövqe ifadə edən Qriqor Vaşadzenin təmiz imici var. Ayrı-ayrı zamanlarda özünü təsdiq etmiş bir kadrdır.

Zəlimxan Məmmədli ile ilgili görsel sonucu

Zəlimxan Məmmədli 

Baxmayaraq ki, Rusiya vətəndaşı idi, amma Kremllə münasibətlərin aydınlaşması üçün aydın mövqe sərgilədi və nəticədə Gürcüstan cəmiyyəti tərəfindən qəbul olunmasına stimul verdi. Digər tərəfdən, David Bakradze eyni komandanın üzvü olmasına baxmayaraq, demokratik namizədlər bu seçkilərdə mübarizə aparacaqlar. İndiki zamanda Saakaşvili komandasının qalib gəlmə şansları yüksəkdir. Onun xətti özü olmadan belə indiyə qədər hakimiyyətdə qalsaydı, indiki iqtidar daha gözəl layihələr həyata keçirsəydi, fərqli bir mənzərəni müşahidə edə bilərdik. Amma İvanişvili hakimiyyəti yadda qalacaq bir yenilik edə bilmədi. Azərbaycana bu iqtidarın münasibətini isə zaman-zaman gördük. Azından İvanişvili hakimiyyətinin bu mənfiliyi ilə tarixdə daha çox qalacağını düşünürəm. Bizim millətin var olması onun üçün bir qorxu mənbəyi kimi görünür. Bunun da nəticəsində çox haqlı olaraq bizim millət o hakimiyyətin əleyhinə münasibət sərgiləməkdədir. Ora gedişim yasaqlansa da, bu barədə kifayət qədər məlumatlıyam. Bizim bölgə olan Borçalıda Saakaşvili xəttinin ortalama 80 faizə qədər səsi var. Gələcəkdə Gürcüstan siyasətinin üst pillələrində təmsil olunacaq kadrlarımız artıq orada yetişməkdədir. Gürcüstanın qarşısında hazırda həll olunmalı olan çox ciddi işlər durur ki, bunun həyata keçməsi üçün Saakaşvilini geri dönüşü vacibdir".

Politoloq Rusiyanın Saakaşvilinin Gürcüstana geri dönməsinin qarşısını almaq üçün bütün gücü ilə çalışacağını da vurğuladı: “Kreml Bütöv Gürcüstan, Bütöv Azərbaycanın olmasının əleyhinə olan bir düşməndir. Bu sözləri təsadüfən demirəm. Rusiya Gürcüstandakı demokratik namizədlərin nüfuzunu aşağıya salmaq üçün əlindən gələni edəcək. Amma düşünürəm ki, artıq gürcü əhalisi 10-15 il əvvəlki deyil. Orada yetkin bir cəmiyyət var. Məhz bu cəmiyyət Rusiyanın cavabını vermək gücündə olacaq. Gürcüstanda gedən proseslər Azərbaycana təsirsiz ötüşməyəcək”.

Z.Məmmədli Gürcüstan hakimiyyəti uğrunda Rusiya-ABŞ qarşıdurmasının yenidən yaşanacağını da qeyd etdi:“Rusiyanın qalib gəlmə şansları zaman-zaman azalır. Gürcüstan artıq sübut edib ki, itkilər hesabına olsa da, dünyaya inteqrasiyanın əsası demokratiyadır. Qarşıdurma açıq müstəvidə olmasa da, Qərb institutları və Rusiya mübarizələrini aparacaqlar. Burada Türkiyə də biganə qalmayacaq”.

  

Baxış sayı: 76