Bölgədə yaranmış iqtisadi çətinliklər, həmçinin bəzi qonşu ölkədə mövcud olan valyuta böhranı fonunda, nüfuzlu Fitch reytinq şirkəti Gürcüstanın pozitiv perspektivi ilə “BB-” kredit reytinqini qoruyub saxladı. Bu barədə Birinci Kanala Maliyyə Nazirliyindən bəyan etdilər.

İdarənin məlumatına görə, Gürcüstan üçün kredit reytinqinin dəyərləndirilməsi sərmayədarlar üçün əhəmiyyətli ismarıcdır, Gürcüstana qarşı etimadın qorunub saxlanılmasına və iqtisadiyyatın inkişafına imkanlar yaradır.

Maliyyə Nazirliyinin məlumatına görə, Fitch, Beynəlxalq Valyuta Fondu ilə Gürcüstanın əməkdaşlığına xüsusi diqqət yetirir və proqramın uğurlu prossesini müsbət dəyərləndirir. Reytinq şirkəti ölkədə mövcud biznes mühitini həmçinin müsbət dəyərləndirir.

Cari ilin yanvarında, büdcənin beynəlxalq partnyorları tərəfindən dərc olunan nəticələrə görə, Gürcüstan dünyanın 115 ölkəsi arasında 5-ci yeri tutdu.

Baxış sayı: 52