Reklam yeri
Reklam yeri
Reklam yeri

Dövlət Departamentinin xüsusi nümayəndəsi: “Gürcüstan NATO-ya üzvlüyə hazır deyil”

“Ukrayna ilə müqayisədə Gürcüstan böyük irəliləyişə nail olsa da, NATO-ya üzvlüyə hazır deyil”.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Volker yerli KİV-inə müsahibəsində bildirib.

“Ukrayna ilə müqayisədə Gürcüstan böyük irəliləyişə nail olub dedikdə şəffaflığı, ölkənin beynəlxalq təhlükəsziliyə verdiyi töhfələri, müdafiə sahəsində islahatları, korrupsiyaya qarşı mübarizə və başqa məsələləri nəzərdə tuturuq. Bununla belə, NATO-da Gürcüstanın indi quruma daxil olmağa hazır olduğunu kiminsə deyə biləyəcəyinə əmin deyiləm. NATO-ya üzv başqa dövlətlərdə olduğu kimi Gürcüstan şəffaflıq, təhlükəsiz demokratiya kimi məsələlərdə birinci sırada olmalıdır ki, alyans genişlənmə haqqında qərar qəbul etsin.

Xatırladım ki, Baltikyanı dövlətlər 1999-cu ildə onlara NATO-ya üzv ola biləcəklərinin mümkünlüyünü bildirdilər, ancaq 2020-ci ildə onları quruma dəvət etdilər. NATO-ya daxil olmaq üçün üzv-dövlətlər arasında razılıq olmalıdır. Biz Rusiyanın böyük qonşu olması faktını nəzərə almaya bilmərik”, - deyə o vurğulayıb.

19 Sentyabr 2017, 10:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge