Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstana buraxılmayan təşkilat rəhbərləri: “Səfirlik qarşısında aksiya keçirəcəyik”

Zəlimxan Məmmədli və Akif Nağının hələ də Gürcüstana buraxıla bilməməsi iki təşkilat rəhbərini  narahat etməkdədir. Hər ikisi  bu haqsızlığa son verilməyənə qədər müraciətlərini davam etdirəcəklərini deyirlər.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağının Gürcüstana girişinə 4 ilə yaxındır ki, qadağa qoyulub. Təkcə təşkilat rəhbərləri deyil, bəzi üzvlərinin də  qonşu ölkəyə girişinə qadağa qoyulub və səbəbi barədə hər hansı açıqlama bu günə qədər verilməyib.
 
QAT-ın sədri Akif Nağı Modern.az-a açıqlamasında  aksiya keçirmək fikirlərinin olduğunu deyib.
“Bu yaxınlarda Gürcüstanın xarici işlər nazirliyi Bakıya gəlmişdi. Həmin ərəfədə də mətbuat vasitəsilə etirazımızı bildirdik ki, niyə görə hələ də bizi Gürcüstana buraxmırlar. 4 ildən çoxdur ki, məni ora buraxmırlar. Gürcüstana gedib münasibətlər qurmaq istəməyimiz məsələnin bir tərəfidir. Bu gün sabah Bakı-Tiflis Qars dəmir yolu açılacaq. Ondan istifadə etmək istəyirik. Hətta Gürcüstan ərazisindən keçməyimə də qadağa qoyulub.  Dəfələrlə xarici işlər nazirliyinə məlumat vermişik, məktub göndərmişik. Ona görə də cəhdlərimiz nəticə vermir. Fikrimiz var ki, Gürcüstan səfirliyi qarşısında aksiya keçirək. Amma istəmirik ki, Gürcüstan-Azərbaycan münasibətləri pozulsun. Hər iki dövlətin yaxşı münasibətləri var. Gözləyirik ki, görək bu işlərin sonu necə olacaq”.
 
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də saytımıza açıqlamasında  ölkəyə buraxılmaqla bağlı heç bir yeniliyin olmadığını dilə gətirib.
“Gürcüstana buraxılmaqla bağlı ciddi dəyişiklik yoxdu. Biz müraciətlərimizi göndərməkdə davam edirik. Hələlik qarşı tərəfdən heç bir reaksiya yoxdur. Ona görə də istəyirik ki, Xarici İşlər Nazirliyində olaq və problemimizi üzbəüz çatdıraq. Həmçinin, qeyri-rəsmi xəttlər ki var onlar müəyyən təşəbbüslər irəli sürürlər. Məndə olan məlumata görə mənim Gürcüstana buraxılmamağımla bağlı hər hansı ciddi qanun pozuntusu yoxdu”.

18 Sentyabr 2017, 13:04   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge