Reklam yeri
Reklam yeri
Reklam yeri

Giorgi Kvirikaşvili: “Sazişin imzalanması ölkələr arasında əməkdaşlığın inkişafına xidmət edəcək”

Bu gün Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin təbriki oxunub.
 
APA-nın məlumatına görə, Gürcüstanın baş naziri G. Kvirikaşvili sazişin tarixi bir hadisə olduğunu vurğulayıb. Baş nazir "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasının ölkələr arasında əməkdaşlığın inkişafına, rifaha xidmət edəcəyini bildirib.

14 Sentyabr 2017, 10:36   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge