Reklam yeri
Reklam yeri
Reklam yeri

Tbilisidə “Yerli iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilir

Bu gün Tbilisidə “Yerli iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Tbilisi şəhər meriyasının təşkilatçılığı, Avropa İttifaqı və Avropa Komissiyasının dəstəyi ilə keçirilən konfransda, əsasən, şəhər idarəçiliyində ən yaxşı qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məsələləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaqdır. Avropa İttifaqının “Qonşuluq siyasəti” çərçivəsində keçirilən tədbirdə Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova və Ermənistan, eləcə də bir sıra tərəfdaş ölkələrin nümayəndələri iştirak ediblər.

Tbilisi şəhərinin meri David Narmania və başqaları açılışda çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, şəhərlərin inkişafı ilə bağlı məsələlərə aydınlıq gətiriblər.

Bildirilib ki, Avropa Komissiyasının “Yerli merlər inkişaf naminə” layihəsi bəzi ölkələrdə, o cümlədən Gürcüstanda və Azərbaycanda uğurla həyata keçirilir. Nazir Kabineti yanında İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi bu layihəyə qoşulub və müəyyən işlər görülür.

Tədbirdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov təqdimatla çıxış edib. O, Azərbaycan Prezidentinin ölkəmizdə şəhər, rayon və kəndlərin inkişafına, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, eləcə də turizmin inkişafına xüsusi diqqət yetirir: "Dövlət başçısının imzaladığı sərəncamların icrası nəticəsində Azərbaycan sürətli inkişaf yolu keçib. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Avropa Komissiyasının layihəsinə qoşulduqdan sonra da bir sıra mühüm işlər görülüb və layihənin rəhbəri Pitr Korzbi bu işləri yüksək qiymətləndirib və İdarəyə xüsusi sertifikat təqdim edib".

Sonra C.Kazımov İçəri Şəhərdə aparılan təmir-bərpa, abadlıq işləri, tarixi abidələrin bərpadan sonrakı vəziyyəti barədə ətraflı məlumat verib. Görülən işlər slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb.

Konfransda Azərbaycanın turizm sektorunda görülən işlər, həyata keçirilən beynəlxalq layihələr barədə ətraflı danışılıb.

Tədbirdə Azərbaycanın Yevlax, Kəpəz rayon icra hakimiyyətlərinin və qeyri-hökumət təşkilatları sektorunun nümayəndələri də iştirak edirlər.
Tədbir 3 gün davam edəcək.

14 Sentyabr 2017, 16:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge