Reklam yeri
Reklam yeri
Reklam yeri

DİN: Hücum edən şəxs Gürcüstan Bankının filialında özünü öldürüb

Gürcüstanın Daxili İşlər nazirliyinin məlumatına əsasən, Gürcüstan Bankının Sereteli Prospektində yerləşən filialına hücum edilib.

Çağırış düyməsinin qüvvəyə minməsindən təqribən bir dəqiqə sonra hadisə yerinə polis gəlib və hücumçuya təslim olmağı təklif edib. DİN-in məlumatına görə, bundan sonra, güman ki, hücumçü özünü öldürüb:

“Banka hücumdan sonra polis hadisə yerinə gedib və hücumçuya təslim olmağı təklif edib. Bundan sonra həmin şəxs özünə silahdan atəş açıb və dünyasını dəyişib”, – deyə DİN-dən bildiriblər.

Hələ ki, baş vermiş hadisənin “Ti-bi-si” bankda baş verən hücumla əlaqəsinin olub olmadığı məlum deyil. DİN-dən bildirirlər ki, əlavə məlumatı sonra verəcəklər.

13 Sentyabr 2017, 12:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge