Reklam yeri
Reklam yeri
Reklam yeri

Georgi Çerkezişvili: “Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkədir”

Azərbaycan bizim üçün vacib tərəfdaş ölkədir. Bu gün Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkə də Azərbaycandır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Georgi Çerkezeşvili söyləyib.

Çerkezişvili deyib ki, Gürcüstan ilə Azərbaycan arasında çox qədim dostluq əlaqələri var. Bu əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın birbaşa iştirakı, eləcə də Azərbaycan sərmayəsi hesabına biz bir sıra vacib layihələr həyata keçirirmişik. Artıq bunun müsbət nəticələrini hər iki tərəf görür. Bir neçə layihə üzərində isə işlər davam edir.

“Düşünürəm ki, biz birlikdə daha böyük uğurlar qazanacağıq”,- deyə, Çerkezişvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

13 Sentyabr 2017, 10:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge