Rusiyanın Şimali Osetiya Respublikasının Fövqəladə Hallar Nazirliyi Gürcüstanla sərhəddən bölgəyə daxil olmaq istəyən sürücülərə müraciət edib. 

"Report" nazirliyə istinadən xəbər verir ki, qurum Rusiya-Gürcüstan sərhədindəki "Yuxarı Lars" sərhəd keçid məntəqəsində yaranmış sıxlıqla əlaqədar sürücüləri Azərbaycandan keçən alternativ yoldan istifadə etməyə çağırıb. 

Qeyd edək ki, hazırda sözügedən sərhədi hər iki istiqamətdə gündəlik 15 minə yaxın insan və 4 000 nəqliyyat vasitəsi keçir. Sıxlıq, əsasən, turizm mövsümü ilə əlaqədardır. 

"Yuxarı Lars"da gözləmə vaxtı 10 saat təşkil edir və yol ştat rejimində çalışır. Bununla belə, sürücülərə Azərbaycandan keçən alternativ yoldan istifadə etməyi təklif edirik", - deyə qurumun açıqlamasında qeyd olunub.

Baxış sayı: 68