Reklam yeri
Reklam yeri
Reklam yeri

Samirə Bayramovadan seçki qabağı cızma qara

21 Oktyabrda yenə seçki keçiriləcək.

Artıq seçki bir rituala çevrilib. Keçən il seçki məntəqələrinin birində hətta xüsusi bəzədilmiş tortda bişirilibmiş, mənə ən son hissəsi çatmadı, şamı kim üfüləmişdi və kim kəsib kimin üçün çəngəl uzadib tortun ilk hissəsini kimin boğazına ötürmüşdü. Bir çox məntəqələrdə quzu belə kəsilir, hətta keçən il mənim qonşum evinə 10 kq belə gətirmişdi məntəqədən. Bunu şərəfli iş kimi qiymətləndirirdi. Hətta hakim partiyaya xeyli səs toplaya bilib 800 lari pul da qazanmışdı. Seçki yaxınlaşdıqca biz çox şeyin şahidi oluruq, təbii ki, ədalətsizliklərin, seçicilərin hüquqlarının pozulmasının. Seçki sistemi üç hakimiyyət dövründə də mədəni forma ala bilmədi. Bunun çox bəsit formulu var. Hakimiyyət dəyişdikcə şəxslərdə dəyişdi, eyni şəxslər yeni hakimiyyət dövründə də eyni seçki sistemi həyata keçirdi.Yalnız yeni hakimiyyətə daxil olduqdan sonra keçmiş hakimiyyətdə vəzifə sahibi olduğu zaman keçirilən seçkinin qeyri-şəffaf olduğunu dilə gətirdilər.Təbii ki, bu bir siyasətçi üçün çox gülünc bir çıxış idi. Peşakarlar belə səhvlər əsla buraxmır. Hakimiyyət dəyişdi məktəblərdə müəllim və diroktor dəyişmədi, hər hakimiyyət gələndə dövlət hara biz ora deyib çıxdılar yola. Hakim partiya tərəfindən təşkil olunan seçki qabağı kompaniyada iştirak etmək məcburiyyətində qaldılar.
Əsas mövzuya keçməmişdən əvvəl başqa ölkələrdə gördüyüm abu havadan danışmaq istəyirəm.


2014 cü ildə Çikakoda idim və həmin ərəfədə senat seçkiləri yaxınlaşırdı. 10 gün ərzində amerikalı ailədə qaldım və seçki sistemidən tutmuş bütün sahələrə dair suallarıma dair maraqlı cavablar aldım. Ailə iki nəfərdən ibarət idi. Hər ikisi başqa partiyaları dəstəkləyirdi. Buna dair hər gün maraqlı müzakirələri olurdu, hər biri öz namizədəni nəyə görə seçdiyinə dair əsaslı söhbət edirdilər. Namizədlərin şəkillərini divara vurmaq yasaq idi, xüsusi çərçivəyə salınmışdı. Onu kiminsə evinin yanına yerləşdirmək üçün rəsmi olaraq icazə alınırdı. Bu insanlar bir səslərini necə də qiymətləndirir və üstündə əsirdilər, uzun uzun düşünüb qərar verirdilər.


Çexiyada olanda qaldığım hosteldə 10-12 ölkədən turistlər vardı. Bu Türkiyədə aprel ayında keçiriləcək referenduma təsadüf edirdi. Aramızda Türkiyədən iki nəfər turist xanım vardı. Bir çox ölkələr üçün Türkiyə maraq dairəsində olduğuna görə müzakirələr bu istiqamətdə davam etdi. Maraqlı fikirlər söylənildi. Hər kəs öz ölkəsində olan sistemdən danışırdı. Yekun olaraq ümumiləşdirib deyə bilərəm ki, kimsə öz ölkəsindəki seçki biyabırçılığından danışmadı mən, erməni və türk turistdən başqa. Avropa ölkələrində nə müəllim nə dövlət işçiləri özlərini ali tutaraq üzərlərinə hərə 10-15 nəfər seçici yığıb gətirmək məcburiyyətində deyildi.


Keçən il parlament seçkilərində monitorinq qrupu gəlmişdi. Aralarında müxtəlif səfirlik və QHT üzvləri də vardı. Onlar sonra mənimlə öz gördüklərini bölüşürdülər və burada insanların seçim edə bilmədiklərindən danışırdılar. Hətta onlar da görmüşdü ki, burada seçicilər nömrəni əzbərləyib gəlib nömrəyə səs verirdilər və onların səsinin heç bir şey dəyişmədiyini dilə gətirmişdilər. Bunlar bizim üçün təbii ki, çox adi hadisədir, hər seçkidə şahid olduğumuz hadisələr. Kvemo Kartlidə gördükləri onlar üçün artıq bir lətifəyə çevrilib.
Bir az da bizim yerli əhalidən danışaq. Hansı kəndə getsən insanların dörd problemi var sadəcə, işıq, qaz, su, yol. Bu kəndlinin başqa dərdi yoxdur. Fikirləşirlər ki, əgər bu məsələlər həll olunsa başqa dərdləri olmayacaq. Amma gəlin düşünək ki,bir cəmiyyətin inkişafı sadəcə iqdisadi məsələlərə bağlı deyil. Regionumuzda olan məktəblərin 90%-i qəza vəziyyətindədir. Buna dair Xalq Müdafiəçisinin hesabatına baxa bilərsiniz. Bir çox məktəblərin özünün torpaq sahəsi vardı, o sahələr satılır və ya bəzi hissələr keçmiş direktor və hazırkı direktorlar tərəfindən özəlləşdirilib. İndi satılırsa bəs bu sahəni kim satır, hesab kimə çatır? Məktəblərin bəzisində sinif otaqlarını müəllimlər öz maaşları ilə təmir edirlər, deyirlər ki, Resurs Mərkəz deyir ki, pul yoxdur. Bizim insanları təhsil demək olar ki, maraqlandırmır, nə yerli hakimiyyəti nə də insanları.


Əvvəllər hər icmanın öz ərazisində kiçik ambulatoriyası vardı. Bizim Alget kəndində də vardı. Sonra ərazi və bina satıldı. Bir çox icmalarda isə bu bağlanıb, qalan bir ikisi varsa orada da vəziyyət acınacaqlıdır, nə resurs var nə də şərait. Caamat öz sığortasından harada necə istifadə etməsini bilmir.


Mədəniyyət evlərimiz indi quş damı olub, fəaliyyəti isə demək olar ki, tamamilə dayandırılıb amma direktor, kitabxanaçı, bədii rəhbər, təmizlikçi vəzifələri var sadəcə maaş alırlar. Sadaxlı kəndində isə çayxanaya çevrilib, çayxana istifadə edən isə icarə haqqı verir, amma kimə?Niyə?Doğurdanmı bizə mədəniyyət lazım deyil? Yaxşı ki, XX əsrin ortalarına bura gürcülər köçürülüb, yoxsa rayonda olan mədəniyyət evi də bağlanmış olardı.


Demək olar ki, hər kənddə kənd müvəkkili kəndi öz monarxiyasına çevirib, istədiyi şəkildə davranır və kənd büccəsini isə kənd əhalisinin iştirakı olmadan idarə edir.
Marneulidə həyata keçirilmiş layihələrə marneuli.ge saytından baxa bilərsiniz. Kəndlərdə eləcə də rayondakı bağçalar səfirlik və fondlar tərəfindən tikilir və təmir olunur. 2016 ci ildə 10 kəndin daxili yollarının reabilitasiyası da fond tərəfindən həyata keçirilib. Eyni zamanda Vətəndaş Büccəsi Layihəsi haqqında da xəbəriniz var. Layihə Polşa dövlətinin köməyi ilə həyata keçirilir. İndi gəlin oturaq düşünək ki, bəs bizim bələdiyyə hansı işlərlə məşğuldur. Seçki ərəfəsində namizədlər, namizədlərin yanının yengələri kəndlərə gedərək əhalini rəsmən aldadırlar, onlara görülən işlər haqqında yalan məlumat verirlər. Eyni zamanda partiya dəstəkçiləri də görülən işləri misal gətirərək onun məhz deputatların köməyi ilə həll olunduğunu vurğulayırlar. 2017 – ci ilin büccəsi 2016 ci ildə, noyabr və dekabr ayında hazırlanıb göndərilmişdi. Həmin ərəfədə isə bizim rayonda olan məsələlərdən hamının xəbəri vardı. Hamı seçki abu havasında idi və seçkidən sonra isə ağır işdən sonra dincəlməklərdə. Necə olur ki, bu görülən işləri aid olmayan şəxslərə aid edirlər. Millət vəkilinin bu kimi məsələləri həll etmək üçün büccəsi yoxdur. Vəzifəsi regiona dair problemləri parlament səviyyəsində danışmaq və qanun lahiyəsi halına gəlməsi üçün çalışmasıdır. Bizim regiondan olan deputatların hansı bu istiqamətdə çıxış edib Qardabani rayonunun deputatından başqa? Son çıxışda təbii ki, tədbirə layiq idi, sadəcə regionun yox ölkənin ciddi problemidir. Savadsız insanları sadəcə aldadmaqla məşğuldurlar seçki qabağı. Təhsillə bağlı çox ciddi və güclü islahat aparılmalıdır. Amma bu məsələdə nə hökumət nə də yerli hakimiyyət heç bir təşəbbüs irəli sürmür boş boş simvolik çıxışlardan başqa.
İndi yenə seçkilər yaxınlaşır.Qalmaqallar və yalanlarla dolu.


Bütün bu problemləri, yalanları üzərə çıxaran fəallar isə heç bir şübhə yoxdur ki, Marneuli rayonun 41in binasının ocağı ətrafında yığılan şəxslərin ikinci fake facebook profili tərəfindən təhqir olunur. Çox normaldır, çünki yüksək savada sahib olmayan şəxslər ucuz işlərlə məşğuldur sadəcə. Bu kimi hərəkət heç bir yerdə baş vermir bizim regiondan başqa, bu da təbii ki, regionumuzda olan təhsilin aşağı səviyyədə olmasından qaynaqlanır. Təsəvvür edin, valideyni müəllim, yazar olan şəxsin övladı cəmiyyət qarşısında ən mədəniyyətsiz və qeyri etik hərəkətlə məşğuldur və yaxın gələcəkdə isə bu fövqalədə xidmətinə görə yüksək vəzifəyə təyinatını gözləyir.

7 Sentyabr 2017, 17:34   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge