Reklam yeri
Reklam yeri
Reklam yeri

Əfqanıstanda 3 Gürcüstan hərbçisi yaralandı

Əfqanıstanda, ABŞ-ın “Baqram” hərbi bazasına hücum olub.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze bazanın girişində üzərindəki partlayıcı qurğunu işə salıb.
 
Terror aktı nəticəsində 3 Gürcüstan hərbi qulluqçusu yaralanıb. Faktı təsdiqləyən Gürcüstan müdafiə nazirliyi hərbçilərdən birinin vəziyyətinin ağır olduğunu bildirib.
 
“Hazırda leytenant İveri Buadze əməliyyat olunur”, nazirlikdən bildirilib.
 
Qeyd edək ki, 800 Gürcüstan hərbçisi NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarda  iştirak edir. 

7 Sentyabr 2017, 14:07   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge