Reklam yeri
Reklam yeri
Reklam yeri

Marqvelaşvili: "Avrointeqrasiya Gürcüstanın tarixi məqsədidir"

Gürcüstan mümkün olduğu qədər tez Avropa və Avroatlantika məkanına inteqrasiyaya nail olmaq istəyir.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Polşada keçirilən 27-ci beynəlxalq iqtisadi forumda deyib.
 
Prezidentin sözlərinə görə, Gürcüstanın yeri Avropa ailəsindədir: “Avrointeqrasiya Gürcüstan üçün tarixi məqsəddir, çünki Gürcüstan özünü mədəni və siyasi baxımdan Avropada görür. Gürcüstan cəmiyyəti üçün Avropa dəyərləri islahatlar baxımından olduqca vacibdir”.
 
G.Marqvelaşvili Polşanın Gürcüstanın Avropaya inteqarsiyasını qətiyyətlə dəstəklədiyini qeyd edib. 

6 Sentyabr 2017, 17:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge