Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstan Saakaşvilinin ekstradisiyası üçün müraciət etdi

Gürcüstan Ukraynaya keçmiş prezident və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin həbsi və ekstradisiyası barədə müraciət edib. 

İtar Tass agentliyinin xəbərinə görə, bunu “112 Ukrayna” telekanalına müsahibəsində Ukrayna ədliyyə nazirinin müavini Sergey Petuxov deyib.
 
S.Petuxov onu da vurğulayıb ki, Gürcüstan höküməti Ukraynaya təminat verərək bu məsələnin siyasi təqib olmadığını bildirib. 

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko M.Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı fərman imzalayıb.

6 Sentyabr 2017, 13:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge