Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstan nömrəsi ilə taksi sürür - Xarici nömrə ilə taksi xidməti göstərmək olarmı? - VİDEO

Əməkdaşlarımız Bakı küçələrində Gürcüstan nömrəsi ilə taksi fəaliyyəti göstərən bir sürücünü lentə alıblar. Sual ortaya çıxır: xarici nömrə ilə ölkəmizdə taksi kimi xidmət göstərmək olarmı? Cavabı növbəti xəbərimizdə...

SK-953-KS nömrəli avtomobili idarə edən sürücü taksi fəaliyyəti göstərir. Dövlət nömrə nişanı Gürcüstana məxsusdur. Görüntülər Bakının `NZS` qəsəbəsində lentə alınıb. Sürücü xarici ölkəyə məxsus avtomobillə taksi xidməti göstərir. Halbuki Nazirlər Kabinetinin 141 saylı qərarına görə, sərnişindaşımaya görə xüsusi icazə yalnız Azərbaycanda dövlət qeydiyyatına alınan nəqliyyat vasitələrinə verilir.

Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, şəxs dövlət qeydiyyatına düşdükdən sonra avtomobili texniki baxışdan keçirməli, nəqliyyat vasitəsini sığorta etdirməli və bundan əlavə, sərnişinlərin fərdi qəza sığortasını da əldə etməlidir. Yalnız bir halda həmin sürücü Azərbaycana taksiçi kimi gələ bilər.
Bu zaman isə sürücü sərnişinlərin hər biri ilə müqavilə bağlamalı, müəyyən sənədləri toplamalı, rüsumu ödədikdən sonra sərhəd keçid məntəqəsinə təqdim etməlidir. Ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu, uzun prosedur olduğuna görə adətən sürücülər bunu etmirlər. Sürücü ölkəmizdə qonaq olduğu müddətdə avtomobilini taksi kimi sürübsə, ona 40 manat maliyyə sanksiyası tətbiq oluna bilər. 

 

6 Sentyabr 2017, 12:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge