Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstan Ermənistanın təyin etmək istədiyi yeni səfirə aqreman vermir

Gürcüstan Ermənistanın bu ölkəyə təyin etməyi düşündüyü səfirə aqreman verməkdən imtina edir.
 
APA-nın “Jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, Gürcüstan hökuməti Ermənistanın səfir təyin etməyi planlaşdırdığı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın namizədliyinə etiraz edir və bu şəxsi arzuolunmaz sayır.
 
Qəzetin yazdığına görə, Gürcüstan tərəfində ciddi şübhə var ki,  S. Minasyan bu ölkədə Ermənistanı deyil, əslində Rusiyanı təmsil edəcək.

6 Sentyabr 2017, 11:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge