Reklam yeri
Reklam yeri
Reklam yeri

Azərbaycan Gürcüstana növbəti yanğının söndürülməsində kömək etməyə hazırdır

Azərbaycan Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda Abastumani kurortu yaxınlığında baş vermiş yanğının söndürülməsi üçün kömək etməyə hazır olduğunu bildirib.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Aşqabadda jurnalistlərə açıqlamasında deyib. “Mən Azərbaycan prezidentinə yalnız bu köməyinə görə deyil, bundan öncəki köməyinə görə də təşəkkür etmək istəyirəm. Fövqəladə hallarda regional əməkdaşlıq olduqca vacibdir”, - deyə o, söyləyib.
 
G. Kvirikaşvilin sözlərinə görə, Abastumanidəki yanğın Borjomi-Xaraquli qoruğunda baş vermiş yanğın kimi böyük deyil.
 
Qeyd edək ki, Abastumani kurortu yaxınlığında dünəndən başlamış yanğının artıq 5 hektardan çox sahəni əhatə etdiyi bildirilir. Yanğının söndürülməsinə canlı qüvvə, texnika və bir helikopter cəlb olunub. Güclü külək yanğının söndürülməsini çətinləşdirir. Ukrayna yanğının aradan qaldırılması üçün 8 ton tutumu olan An-32P təyyarəsi göndərib. Türkiyənin də Gürcüstana helikopterlər göndərəcəyi gözlənilir.
 

30 Avqust 2017, 16:50   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge