Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstanda iqtisadi artım 4,4%-ə çatıb

2017-ci ilin iyul ayında Gürcüstanda ÜDM-in artım tempi 3,8% təşkil edib.
 
APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, 2017-ci ilin ilk yeddi ayı ərzində ÜDM-in artım tempi 4,4%-ə çatıb.
 
Ötən ayın digər iqtisadi göstəricilərinə gəlincə, aylıq inflyasiya 6% olub. İstehlak qiymətləri isə iyun ayı ilə müqayisədə 0,9% aşağı düşüb.
 
Yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 13% artıb.
 
İyul ayında Gürcüstanda 3890 müəssisə qeydiyyatdan keçib ki, bu da ötən illə müqayisədə 7,1% çoxdur.
 
Dövlət büdcəsinin gəlirləri 832,5 mln. lari, xərcləri isə 783,3 mln. lari təşkil edib.

30 Avqust 2017, 15:49   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge