PRESSDAY.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, avqustun 29-da gündüz saatlarında akademik Korolyov küçəsində güc strukturları 50-yə yaxın kişini üzü üstə asfalta yatızdırıb, sonra avtomobillə polis şöbəsinə aparıblar.

Məlumata görə, “Kişik Gürcüstan” restoranına yığışan iki qruplaşmanın kriminal “yığıncağı”nın qarşısı alınıb. 

Güc strukturlarındakı mənbənin məlumatına görə, həmin yerə rəhbəri 47 yaşlı Rəhman Abdullayevin olduğu Azərbaycan qruplaşmasının üzvləri də yığışıblar. 

Etnik dəstənin lideri Çelyabinskə “baxan” İlham Osmanovun sağ əli hesab olunur. 

Məlumdur ki, Abdullayev Avto ləqəbli “qanuni oğru” Avtandil Kobeşavidze və Quli kimi tanınan Nadir Səlifovla əlaqə saxlayır. Bundan əlavə, “avtoritet” yaxın zamana qədər Yekatirinburqdakı qalmaqallı 4 saylı tərəvəz bazasına da “krışalıq” edib. 

Rəhmanın dəstəsinin opponentləri bu gün Çelyabinskin Traktor zavodu rayonundan kriminal “avtoritet” Vladimir Puzikin adamları olmalı idilər. Bu qruplaşmanın üzvlərini cinayət aləmində “puzikamı” adlandırırlar. 

İki mütəşəkkil cinayətkar qruplaşmanın görüşünün məqsədi haqda məlumat verilmir. Eləcə də dəstə üzvlərinin rəhbərlərinin saxlanılıb-saxlanılmadıqları bəlli deyil.

Kriminal aləmin təmsilçilərinin saxlanılması ilə bağlı xüsusi əməliyyatda güc strukturlarının 30-a yaxın əməkdaşı iştirak edib. Akademik Korolyov küçəsində hərəlkət dayandırılıb. Məlumata görə, onların saxlanılma prosesu kifayət qədər sərt keçib.

“Saxlanılara başlarını qaldırmağa imkan verilməyib, əllərini bərk sıxıblar. Yaxınlardan keçənlərə çəkiliş aparmağa da imkan verilməyib”, - məlumatda bildirilir. 

Hüquq-mühafizə orqanlarından xüsusi əməliyyatla bağlı ətraflı məlumat verməkdən imtina ediblər. 

Başqa bir mənbədən verilən məlumata görə, azərbaycanlıların qruplaşması “avtoritet” Puzikovun mütəşəkkil cinayətkar qruplaşması ilə biznes işlərini müzakirə etməık niyyətində olub.