Reklam yeri
Reklam yeri
Reklam yeri

Ölkəyə qanunsuz gətirilən mobil telefonlar müsadirə edilib

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı avtomobilə gömrük baxışı keçirilib.
 
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bxış zamanı, avtomobilin salonundakı ön oturacağın içindən 4 ədəd "Samsung J3-2016" markalı mobil telefon aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.

29 Avqust 2017, 15:57   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge