Reklam yeri
Reklam yeri
Reklam yeri

DÜNYA Gürcüstan DİN rəhbəri: "Yanğın söndürən pilotlar qəhrəmandır"

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsində iştirak etmiş pilotlara təşəkkür edərək onları qəhrəman adlandırıb.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, nazir təbii fəlakətin aradan qaldırılmasına cəlb olunmuş helikopterlərin yanğın ocaqlarına 2100 dəfədən çox uçuş etdiyini deyib.
 
“Yanğın ocaqlarının söndürülməsi üçün helikopterlər 5200 tondan çox su istifadə edib. Pilotlar qəhrəmanlığa bərabər çox böyük iş görüblər”, - deyə G.Mqebrişvili söyləyib.
 
DİN başçısının sözlərinə görə, Türkiyə helikopterləri artıq Gürcüstanı tərk ediblər.
 
“Belarus və Azərbaycan helikopterləri hələlik hadisə yerindədirlər. Onların sabah Gürcüstanı tərk etmələri gözlənilir”, - deyə G.Mqebrişvili qeyd edib.
 
Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib. FHN-in yanğınsöndürmə-xilasetmə dəstəsinin ilk heyəti artıq Azərbaycana dönüb.

28 Avqust 2017, 11:08   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge