Gürcüstan prezidentliyinə növbəti seçkilər 2018-ci il oktyabrın 28-də keçiriləcək.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Prezident administrasiyasındakı və hökumətdəki mənbələr deyib. Qeyd edilir ki, Prezident administrasiyası və hökumət arasında aparılmış məsləhətləşmələr zamanı ölkədə prezident seçkilərinin keçirilmə vaxtı mövzusunda razılıq əldə olunub. Bildirilir ki, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili yaxın günlərdə oktaybrın 28-ni seçkilərin keçirilmə günü elan edəcək.

Baxış sayı: 107