Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstanda azərbaycanlıya qarşı zorakılıq törədilib, 3 nəfər saxlanılıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin Qaçiani kəndində 42 yaşlı kişi zorakılığa məruz qalıb.

APA-nın yerli bürosunun məlumatına görə, 15-ə yaxın şəxs azərbaycanlıya hücum edərək onu amansızcasına döyərək işgəncə veriblər. Döyülmə kameraya çəkilərək sosial şəbəkədə yerləşdirilib. Zorakılığa səbəbin qısqanclıq olduğu bildirilir.
 
Faktla bağlı artıq 3 nəfər saxlanılıb. Zorakılğa məruz qalmış şəxs hazırda komadadır və  vəziyyəti çox ağırdır. Onun ailə üzvləri bütün günahkarların saxlanılmasını tələb edirlər.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb.

25 Avqust 2017, 15:33   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge