Reklam yeri
Reklam yeri
Reklam yeri

"Azərkosmos" meşə yanğınlarının görüntülərini Gürcüstan tərəfinə təqdim edir

Avqustun 20-dən etibarən Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda başlamış meşə yanğınları ilə mübarizədə qonşu ölkəyə yardımın göstərilməsi ilə bağlı cənab 
Prezident İlham Əliyevin tapşırığına əsasən, “Azərkosmos” ASC-nin idarəçiliyində olan Azersky peykindən təbii fəlakət ərazisinin təsvirləri çəkilərək Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəolunması Agentliyinə təqdim olunub.

Bu təsvirlər əsasında yanğının yayıldığı ərazi və dəymiş ziyanının həcmi dəqiq qiymətləndirilib.

Hadisənin kosmik monitorinqi hələ də davam etdirilir. Qeyd edək ki, Yer kürəsinin istənilən nöqtəsi hər gün Azersky peyki tərəfindən operativ qaydada və yüksək ayırdetmədə müşahidə olunur.

25 Avqust 2017, 11:55   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge