Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstanın müdafiə naziri: “Bizə göstərdiyi qardaşlıq köməyinə görə Azərbaycana minnətdarıq”

Gürcüstanın müdafiə naziri Levan İzoriya ölkə ərazisində davam edən güclü yanğınların söndürülməsində Azərbaycanın göstərdiyi köməyi yüksək qiymətləndirib.

APA-nın yerli bürosunun məlumatına görə, nazir Gürcüstan hökuməti və xalqı adından Azərbaycana təşəkkür edib: “Azərbaycana bizə göstərdiyi qardaşlıq köməyinə görə minnətdarıq. Yanğınlarla bağlı monitorinqi məhz Azərbaycan tərəfinin göndərdiyi helikopterlə həyata keçirmişik. Yüksək əməkdaşlıq sayəsində yanğın ocaqlarını birgə müəyyən etməyə nail olmuşuq”.
 
Nazir deyib ki, yanğın ocaqları minimallaşdırılsa da, külək yanğının qarşısının tam alınmasına mane olur: “Azərbaycan və digər ölkələrin göstərdiyi kömək sayəsində yanğın ərazisinə yaxın yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik”. 

24 Avqust 2017, 13:26   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge