Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstan azərbaycanlılarının durumu müzakirə edilib

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu gün  bu ölkədə azərbaycanlıların sıx məskunlaşdıqları Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadze ilə görüşüb.

Modern.az xəbər verir ki, səfir Qriqol  Nemsadzenin Kvemo-Kartli bölgəsinin qubernatoru vəzifəsində fəaliyyətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyinə ümid etdiyini bildirib.
 
Qubernator Azərbaycan Prezidenti İlham Əliyevə Gürcüstanın Borjomi-Xaraqauli qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsində göstərilən ilk yardıma görə minnətdarlığını bildirib.
 
Sonra görüşdə ölkələrimiz, eləcə də ayrı-ayrı regionlarımız arasında əlaqələrin genişləndirilməsi, Kvemo-Kartli bölgəsində yaşayan soydaşlarımızın qayğıları və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Soydaşlarımızın sosial qayğılarının Azərbaycan və Gürcüstan dövlətləri üçün prioritet məsələlərdən biri olduğu vurğulanıb. Azərbaycanlıların yığcam yaşadıqları ərazilərdə kütləvi mədəni tədbirlərin keçirilməsi və Kvemo-Kartli bölgəsində nəzərdə tutulan digər layihələr müzakirə olunub.

24 Avqust 2017, 11:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge