Azərbaycan Beynəlxalq Bankının Gürcüstan nümayəndəliyinin lisenziyası ləğv olunub.
 
 
 
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.
 
 
 
Məlumata əsasən, bank ləğv olunma prosesindədir və Roin Tsatsiaşvili banka ləğvedici təyin olunub.
 
 
 
 
“ABB-Gürcüstan” ləğv olunma prosesində qeyri-bank təşkilatına çevriləcək. Prosesin başa çatmasından sonra kreditorlar və əmanətçilərin öhdəlikləri tam yerinə yetiriləcək. Sığortalanmış depozitlərin alınması üçün əmanətçilər Gürcüstanın Əmanətlərin Sığortalanması Agentliyinə, sığortalanmamış əmanətlərin alınması üçün isə ləğvedici R. Tsatsiaşviliyə müraciət etməlidirlər.
 
 
 
Qeyd edək ki, ABB-nin Gürcüstan filialı 2007-ci ildən fəaliyyət göstərib. Bu ilin martında ABB Gürcüstan və Rusiya bazarlarını tərk etmək barədə qərar qəbul edib.
Baxış sayı: 90