Reklam yeri
Reklam yeri
Reklam yeri

Kvirikaşvili: “Gürcüstana ilk vacib kömək Azərbaycandan gəldi”

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkə ərazisində davam edən meşə yanğınları ilə bağlı xüsusi bəyanatla çıxış edib.

APA-nın yerli bürosunun məlumatına görə, baş nazir təbii fəlakətin aradan qaldırılmasında qonşu ölkələrin göstərdiyi köməyi yüksək qiymətləndirib. “Gürcüstana ilk vacib kömək Azərbaycandan gəldi. Dünən Azərbaycandan gələn helikopter artıq yanğının söndürülməsində iştirak edir. Türkiyənin göndərdiyi iki helikopter də tezliklə prosesə qoşulacaq. Ermənistan da yanğınsöndürmə briqadaları göndərib”, - deyə G.Kvirikaşvili söyləyib.
 
Hökumət başçısı qeyd edib ki, Rusiya tərəfi də Gürcüstana kömək göstərməyə hazırdır, lakin onların yardımına ehtiyac yoxdur.   

Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir.

22 Avqust 2017, 16:15   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge