Reklam yeri
Reklam yeri
Reklam yeri

Giorgi Kvirikaşvili: “Gürcüstan yanğınla mübarizədə Azərbaycan və Türkiyənin köməyindən istifadə edəcək”

Gürcüstan yanğınla mübarizədə Azərbaycan və Türkiyənin köməyindən istifadə edəcək.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili təbii fəlakət zonasında jurnalistlərə deyib.
Baş nazirin sözlərinə görə, hökumət artıq Türkiyə və Azərbaycanla danışıqlar aparıb və əlavə texnikanın cəlb olunması ilə bağlı razılıq əldə olunub.

“Əhalini təbii fəlakətdən müdafiə etmək üçün əlimizdən gələni edəcəyik. Bunun üçün müvafiq qüvvələrimiz var”, - G.Kvirikaşvili deyib. 

Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğının söndürülməsinə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin də helikopteri cəlb olunub. Təbii fəlakətlə bağlı xüsusi qərargah yaradılıb.     

22 Avqust 2017, 11:46   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge