Gürcüstanın Svaneti bölgəsində Lentexi rayonunun Zesxo kəndində üç gündür davam edən yanğını tam söndürmək mümkün olmayıb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın nəticəsində 3 hektara yaxın meşə örtüyü yanıb. Yanğın ərazisində əsas yanğın ocaqları söndürülsə də, yeni ocaqların yaranması təhlükəsi qalmaqdadır.

Hazırda yanğının aradan qaldırılmasına yalnız canlı qüvvə cəlb olunub.  Relyefin mürəkkəbliyindən ağır texnikanın istifadəsi mümkün deyil. Bu gün yanğının söndürülməsinə helikopterin cəlb olunması hava şəraitindən asılı olacaq.

Baxış sayı: 96