Xəbər.ge : NATO-nun baş katibi Gürcüstanın Alyansa daxilolma perspektivlərini şərh edib

 "NATO Gürcüstanın Alyansın standartlarına uyğunlaşmasından məmnundur və təsdiq edir ki, bir gün bu ölkə NATO-ya daxil olacaq".

"Report"un məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın sammitinin başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.

Alyansın Tbilisi ilə danışıqların növbəti mərhələsinə keçmək təklifi etməməsi ilə bağlı Gürcüstan KİV-in sualını şərh edən Y.Stoltenberq bildirib ki, NATO "Açıq qapı" siyasəti yürüdür: "Monteneqro Alyansa qoşuldu, Makedoniyanın isə yaxın vaxtlarda Alyansa dəvəti gözlənilir - bu, o deməkdir ki, qapılar açıqdır".

Baxış sayı: 38