Xəbər.ge : Sosial sığorta ödənişi: Azərbaycanda 25, Gürcüstan və Ermənistanda 0 faiz
Bildiyimiz kimi, Azərbaycanda məcburi dövlət sosial sığorta üzrə ödənişlərə əməkhaqqının 25%-i həcmində vəsait ayrılır və bunun 22%-i işəgötürən, 3%-i isə işçi tərəfindən ödənilir. Yeniavaz.com xəbər verir ki, Azərbaycan bu göstəricilərə görə region ölkələri arasında orta sıralarda qərarlaşıb. Hazırda region ölkələri arasında ən yüksək məcburi dövlət sosial sığorta ödənişi Rusiyada tətbiq olunur. Şimal qonşumuzda məcburi dövlət sosial sığorta üzrə ödənişlərə əməkhaqqının 47,5%-i ayrılır.
 
İkinci sırada Türkiyə qərarlaşıb. Türkiyədə məcburi dövlət sosial sığorta haqqı üçün əməkhaqqının 37,5%-i həcmində vəsait ödənilir.
 
Bundan başqa region ölkələrindən Belarusda məcburi dövlət sosial sığorta haqqı üçün əməkhaqqının 35%-i, Özbəkistanda 32%-i, Moldovada 29%-i, Tacikistanda 26%-i, Ukraynada 22%-i, Qazaxıstanda isə 11%-i həcmində ödəniş ayrılır.
 
Məlumat üşün bildirək ki, qonşu Gürcüstanda və Ermənistanda nə işəgötürəndən, nə də işçidən məcburi dövlət sosial sığorta haqqı alınmır. Bu ölkələrdə əhalinin pensiya təminatı büdcədən ayrılan vəsait hesabına qarşılanır.
 
Onu da qeyd edək ki, Azərbaycanda da məcburi dövlət sosial sığorta haqqının ləğvi ilə bağlı təkliflər səsləndirilib. Bu sahənin mütəxəssisləri belə hesab edirlər ki, məcburi dövlət sosial sığorta haqqı və bu haqqı toplayan Dövlət Sosial Müdafiə Fondu ləğv olunmalı və bu vəsait sosial vergi şəkilində Vergilər Nazirliyi tərəfindən toplanmalıdır.
Baxış sayı: 59