Xəbər.ge : Gürcüstan hərbçiləri NATO-nun təlimlərində iştirak edir
Gürcüstan hərbi qulluqçuları NATO-nun “Sea Breeze 2018” beynəlxalq hərbi təlimlərində iştirak edir.

 

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimə Gürcüstandan 50 hərbi qulluqçu qatılıb. 

Ümumilikdə isə təlimlərdə 19 ölkədən 2000 hərbi qulluqçu, 30 gəmi və hava vasitələri iştirak edir. Təlim dünəndən etibarən Ukraynanın Odessa sahillərində keçirilir və iyulun 21-dək davam edəcək.
Baxış sayı: 60