Xəbər.ge : Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanın cəzaçəkmə müəssisələrində saxlanılan Azərbaycan vətəndaşlarının sayı 90 nəfərdir.

 

APA-nın yerli bürosu Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinə istinadən xəbər verir ki, bu ilin may ayına olan məlumata əsasən, qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 29-u təqsirləndirilən şəxs, 61-i isə məhkumdur. Təqsirləndirilən şəxslərin 26-sı kişi, 3-ü qadın, məhkumların isə 57-si kişi, 4-ü qadındır.
 

Azərbaycan vətəndaşları Gürcüstanda həbs cəzası çəkən əcnəbilərin 16,9%-ni təşkil edir.
 

Qonşu ölkənin həbsxanalarında 43 ölkənin ümumilikdə 531 vətəndaşı saxlanılır ki, onların arasında türkiyəlilər (130 nəfər) saya görə birinci yerdədir. Gürcüstanın həbsxanalarında 56 Rusiya, 69 İran və 30 Ermənistan vətəndaşı cəza çəkir. 

Baxış sayı: 50