Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) hökumət başçısı vəzifəsinə Tornike Rijvadzenin namizədliyi irəli sürülüb.

 

APA-nın yerli bürosunun məlumatına görə, onun namizədliyi muxtar respublikanın Ali Məclisi tərəfindən dəstəklənib.

 

T. Rijvadze yaxın günlərdə yeni hökumətin tərkibini təqdim etməlidir. Bundan sonra muxtar respublikanın Ali Məclisi yeni hökumətə etimad göstərməlidir.

 

 

T. Rijvadze “Gürcüstan Energetikasının İnkişafı Fondu”nun direktorudur. Bu vəzifəyə qədər o, energetika nazirinin müavini olub.

 

Qeyd edək ki, Acarıstan MR-in keçmiş hökumət başçısı Zurab Pataradze iyulun 4-də istefa verib.

Baxış sayı: 44