“Gürcüstan rəsmiləri Almaniyanın 11-12 iyul tarixlərində Brüsseldə baş tutacaq NATO sammiti zamanı NATO-ya inteqrasiya yolunda Gürcüstanı dəstəkləməsini gözləyir”. 

 

Ordu.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın Almaniyadakı səfiri Elquya Kokrişvili bəyan edib. 

“Almaniya Gürcüstanı dəstəkləyəcək. Sammit Gürcüstan tərəfindən əldə edilən proqresi və həyata keçirilən islahatları dəyərləndirməlidir. Biz partyorlarımızdan NATO sammitində sonra daha da yaxşı nəticələr əldə etməyimiz üçün real instrumentlər vermələrini gözləyirik”, - deyə səfir bildirib. 

Kokrişvili NATO-ya üzvlük yolunda Gürcüstana kömək edə biləcək bu instrument və mexanizmlərin tətbiqində Almaniyanın əhəmiyyətli rol oynadığını dilə gətirib. 
Baxış sayı: 30