Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri yaralanıb.
 
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, insident ötən gecə Tbilisinin Saburtalo rayonunda baş verib. M. Qoqoçurinin ayaq nahiyəsinə mübahisə zəminində soyuq silahla xəsarətlər yetirildiyi bildirilir. O, təcili əməliyyat olunub və hazırda reanimasiyadadır.
 
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.
 
Qeyd edək ki, M. Qoqoçuri G. Marqvelaşvilinin həyat yoldaşı Maka Çiçiuanın birinci nigahdan olan qızı ilə evlidir. Ötən ilin yanvarında M. Qoqoçuri və onun dostunu odlu silahla yaralayıblar.
Baxış sayı: 25