“Gürcüstan Şimali Atlantika alyansının ən aktiv partyorlarından biridir”. 

 

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun Gürcüstandakı nümayəndəsi Rosaria Puqlisi bəyan edib. 

“NATO-nun sammitinə bir həftə qalır və Brüssel qızğın şəkildə bu sammitə hazırlaşır. Sammitdə müzakirə ediləcək çox sayda mövzu var. Alyansın müdafiə imkanlarının gücləndirilməsi, Aİ ilə müdafiə və təhlükəsizlik üzrə əməkdaşlığın dərinləşdirilməsi və s. Gürcüstan NATO-nun açıq qapı siyasəti ilə əlaqəli ən aktiv partnyorlardan biridir. NATO Gürcüstanla əməkdaşlığa böyük əhəmiyyət verir”, - deyə Puqlisi bildirib. 

Nümayəndə bu müsbət fəaliyyətin və NATO ilə Gürcüstan arasındakı yaxın əməkdaşlığın sammitin gündəmində olacağını vurğulayıb. 

Xatırladaq ki, NATO-nun sammiti 11-12 iyul tarixlərində Belçikanın paytaxtı Brüsseldə baş tutacaq.
Baxış sayı: 34