Gürcüstan-Rusiya sərhədindəki “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində 2000-dək yük avtomobili dayanıb.

Gürcüstanın Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin Gömrük Nəzarəti Departamentinin məlumatına görə, yük avtomobillərinin böyük əksəriyyəti Ermənistana məxsusdur.

Bununla yanaşı, sərhəd-keçid məntəqəsində Azərbaycan, Türkiyə və İrana gedən yük avtomobilləri də var.

Departamentin məlumatına görə, sərhəd keçid məntəqəsində məhdudiyyətlər Rusiya tərəfindən tətbiq edilir. Məntəqədən 24 saat ərzində 500 yük maşını buraxıla bilər. Lakin, təqribən 250 maşın buraxılır. Rusiya tərəfi əsasən, minik avtomobillərinə xidmət göstərir. Bu da müəyyən problemlər, tıxaclar yaradıb.

Yük avtomobillərində əsasən, kənd təsərrüfatı və ərzaq məhsulları var.

Hazırda məntəqədə avtomobillərin buraxılışının sürətləndirilməsi ilə əlaqədar Rusiya tərəfi ilə danışıqlar aparılır. (Report)

Baxış sayı: 25