Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 510 mln. 459 min kv/saat elektrik enerjisi idxal edib.

 

APA-nın yerli bürosunun “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”na (ESCO) istinadən verdiyi xəbərə görə, bu göstərici ilə Azərbaycan hesabat dövründə Gürcüstanın əsas elektrik enerjisi təchizatçısı olub.

 

Cari ilin ilk 5 ayı ərzində Gürcüstanın idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 585 mln. 96 min kv/saat təşkil edib. Qonşu ölkə Rusiyadan 31 mln. 177 min kv/saat, Ermənistandan 7 mln. 834 min kv/saat, Türkiyədən isə 36 mln. 488 min kv/saat həcmində elektrik enerjisi idxal edib.

 

 

Hesabat dövründə qonşu ölkə Azərbaycandan ən çox elektrik enerjisini 186 mln. 551 min kv/saat olmaqla yanvar ayında, ən az elektrik enerjisini isə 1 mln.  421 min kv/saat olmaqla aprel ayında idxal edib.

 

Yanvar-may aylarında Gürcüstandan Azərbaycana elektrik enerjisi aprel və may aylarında ixrac olunub. May ayında ixrac olunmuş elektrik enerjisinin həcmi 8 mln. 459 min kv/saat təşkil edib ki, bu da aprel ayı ilə müqayisədə 6 dəfədən çoxdur.

Baxış sayı: 35