Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili indiki dövlət başçısı Georgi Marqvelaşvilini qorxaq adlandırıb.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, siyasətçi Gürcüstan vətəndaşlığının qaytarılmasını da tələb edib.
 

“Marqveşavili ilk növbədə mənim vətəndaşlığımı əlimdən aldığı üçün qorxaqdır. Əgər onun elementar kişiliyi, bir damcı insanlığı varsa, qoy vətəndaşlığımı geri qaytarsın. Məni Gürcüstana buraxın və mən sizə kimin hökumətdən qorxduğunu göstərəcəm!”.

 

Saakaşvili vətəndaşlıqdan məhrum edilməsini qanun pozuntusu adlandırıb və dünya birliyini buna susmaqda ittiham edib.

Baxış sayı: 40