Gürcüstanda 5 saylı qadın həbsxanasında 109 məhbus aclıq aksiyası keçirir.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qadın məhbuslar ombudsmanın və İnsan haqları mərkəzinin hazırladığı son hesabata etiraz edirlər. Hesabatda qeyd olunan həbsxanada qadınlara qarşı alçaldıcı və təhqiredici rəftara yol verildiyi əks olunub.

Aclıq aksiyasına qoşulmuş qadınların vəziyyətinin qənaətbəxş olduğu və onların həkim nəzarətinə alındığı bildirilir.

Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyi 5 saylı qadın həbsxanasındakı vəziyyətə dair hesabatla razılaşmadığını bildirib.

Baxış sayı: 33