Gürcüstanın Tbilisi-Telavi avtomobil yolunda rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 6 rusiyalı turist müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda təcili yardım maşınları onları Telavi xəstəxanası aparır.

 

Qəza ilə bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 276-ci maddəsinin birinci hissəsi üzrə cinayət işi başlanılıb.

Baxış sayı: 29