ABŞ Ukrayna və Gürcüstana silah tədarükünü artırır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell bildirib.  

 

“Biz Ukrayna və Gürcüstana hərbi dəstək göstəririk. Rusiya bu ölkələri hərbi qüvvə tətbiq edəcəyi ilə təhdid etmişdi. Biz bu ölkələrə özünümüdafiə üçün lazımi olan müxtəlif hərbi vasitələr tədarük edirik”, - deyə Miçel Senatda çıxışı zamanı qeyd edib.   

 

ABŞ dövlət katibi köməkçisinin sözlərinə görə, “ABŞ hər iki ölkənin müdafiə imkanlarını yaxşılaşdırmaq məqsədi ilə onlara yardım edir”.

Baxış sayı: 32