Gürcüstanda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə dövlət büdcəsindən 39 mln. lari (15 mln. dollardan çox) vəsait ayrılacaq.

 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya bildirib.

 

O, prezident seçkilərinə hazırlığın artıq başlandığını deyib: “Seçkilərə hazırlıq məqsədilə müxtəlif treninqlər təşkil olunur. Hesab edirəm ki, qarşıdan gələn seçkiləri əvvəlkilərə nisbətən daha hazırlıqlı təşkil edəcəyik”.

Baxış sayı: 39