Türkiyəyə aid yük maşını Gürcüstanın Müdafiə Nazirliyinə məxsus maşınla toqquşub.
 
“Qafqazinfo” “İntefaks”a istinadən xəbər verir ki, olay Tiflis-Senaki-Leselidze magistralında, Aqara kəndi yaxınlığında baş verib. Qəza nəticəsində 2 əsgər ölüb, 2-si isə xəsarət alıb. 
 
 
Hadisə ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi cinayət işi açıb.
Baxış sayı: 34