Bu ilin yanvar-aprel aylarında Gürcüstan ərazisi ilə 11,6 mln. ton yük daşınıb.

 

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, bu həcm ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 mln. ton azdır.

Hesabat dövründə yüklərin böyük həcmi – 8,3 mln. tonu avtomobil yolları ilə daşınıb.

 

 

İllik müqayisədə bu göstərici 0,1 mln. ton çoxdur.

 

Dəmir yolu vasitəsilə yük daşımalarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 mln. ton azalaraq 3,3 mln. ton təşkil edib.

 

Gürcüstanın hava nəqliyyatı ilə yüklərin daşınmasında kəskin azalma qeydə alınıb. Belə ki, bu ilin yanvar-aprel aylarında hava nəqliyyatı ilə daşınan yüklərin həcmi illik müqayisədə 6,3 mln. ton azalaraq 6 mln. ton təşkil edib.

Baxış sayı: 40