"Gürcüstan blokçeyn sisteminin tətbiqi sahəsində liderlərdən biridir".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən CAMCA (Central Asia-Mongolia-Caucasus-Afghanistan) Regional Forumu çərçivəsində CANCA Regionunda İslahatlar üzrə Təşəbbüslər (Reform initiatives in the CAMCA region) plenar sessiyasında Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Mariam Laşxi deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkədə mövcud olan biznes mühitini yaxşılaşdırmaq, onu daha da əlverişli etmək niyyətindədir: "Bunun üçün həddindən artıq bürokratizmlə, həmçinin korrupsiyaya qarşı mübarizə aparırıq".

M.Laşxinin sözlərinə görə, bu proseslər həmçinin rəqəmsal sahədə inkişafı sürətləndirə bilər və bu da, öz növbəsində, bütün hərəkətlərin şəffaflığını təmin edəcək.

Baxış sayı: 36