İyulun 1-dən etibarən Gürcüstanda polis əməkdaşlarının əmək haqqı 250 lari artırılacaq. Bu barədə Gürcüstan Daxili İşlər Naziri Qiorqi Qaxariya bu gün parlamendə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 13 200 polis əməkdaşının əmək haqqına bu məbləğ artırılacaq.
 
Nazir qeyd edib ki, onun rəhbərlik etdiyi nazirlik hər polisin sosial təhlükəsizlik və sosial təminat komponentinin nə qədər vacib olduğunu başa düşür və  buna görə də bu gün yüksək tribunadan sizə xəbər verirəm ki, iyulun 1-dən polis əməkdaşlarının əmək haqqı 250 lari artacaq", - Q. Qaxariya bildirib.
 
Baxış sayı: 43