Gürcüstanda son 6 ay ərzində 72 narkotik alverçisi saxlanılıb.

 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib. O deyib ki, saxlanılan şəxslərin 4-ü İran vətəndaşıdır. Onlardan biri Marneuli rayonunda yaxalanıb və üzərində axtarış zamanı 282 bağlamada 800 qram heroin aşkar olunub. 


Digər İran vətəndaşının Tbilisidə qaldığı hotel nömrəsində axtarış zamanı 1 kiloqram çəkidə tiryək müsadirə olunub. Daha 2 İran vətəndaşı isə Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsi ərazisində saxlanılıb. Onların üzərində axtarış zamanı 193 bağlamada 900 qram heroin aşkar olunub.
 

Saxlanılan İran vətəndaşlarını 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Gürcüstanda son 6 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 13 kiloqram heroin, 7 min “subuteks” və “suboksin” həbləri, 1 kiloqram 300 qram kokain və digər psixotrop tərkibli  narkotik vasitələr müsadirə olunub. 

Baxış sayı: 43