Bu gün Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının mərkəzi ofisində parlament çoxluğunun iclası keçiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda baş nazir Giorgi Kvirikaşvili iştirak edəcək.

Toplantıda hökumətdə nəzərdə tutulan kadr dəyişikliklərinin müzakirə olunacağı gözlənilir. Gürcüstanın “Birinci radio”su baş nazir Georgi Kvirikaşvilinin vəzifədən gedəcəyini iddia edib. Baş nazirlə birlikdə ədliyyə naziri Teya Sulukiani, iqtisadiyyat naziri Georgi Kumsişvili, xarici işlər naziri Mixal Canelidze və mədəniyyət naziri Mixail Giorqadzenin də adları istefaya gedəcək şəxslər sırasında hallanır. Hökumətin yeni tərkibi təsdiq olunana qədər baş nazir səlahiyyətlərinin icrasının daxili işlər naziri və baş nazirin 1-ci müavini Georgi Qaxariyaya həvalə olunacağı bildirilir.

Baxış sayı: 44